Şahmat

Final turnirinin qalibi o oldu

Torontoda (Kanada) “Champions Chess Tour – 2023” seriyasının final turniri keçirilib.

Aut.az xəbər verir ki, turnirin finalında Maqnus Karlsen (Norveç) və amerikalı qrossmeyster Uesli So qarşılaşıb. Gərgin mübarizənin yekununda norveçli şahmatçı 2,5-1,5 hesabı ilə qələbə qazanıb.

Çempionlar Şahmat Turu dünyanın ən güclü ustalarının iştirakı ilə mövsüm boyu keçirilən və final turniri ilə başa çatan səkkiz onlayn şahmat yarış seriyasıdır.