“Çelsi”nin gözü doymur: Bu mövqeyə 11-ci futbolçunu alırlar
“Çelsi” “Liverpul”un qapıçısı Kevin Kelleheri transfer etməkdə maraqlıdır.
Aut.az xəbər verir ki, “zadəganlar” onun üçün təxminən 42 milyon avro ödəməyə hazırdır. Bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı irlandiyalı “Liverpul”dan getməyin əleyhinə deyil. Klub dəqiqləşdirib ki, zədəsini sağaldan Alisonun əsas qapıçının yerini tutmağa davam edəcək. Kelleher bir nömrəli olacağı yerə getmək istəyir. Məhz bu məqsədlə “Çelsi” futbolçunu nəzərdən keçirir.
Kelleherlə “Yuventus” və “Napoli” də maraqlanır. Bununla belə, özü Premyer Liqada qalmağa üstünlük verir.
Qeyd edək ki, Kevin “Çelsi”nin mövqeyində 11-ci qapıçı ola bilər. Hazırda “zadəganlar”da bu mövqedə Robert Sançes, Filip Yorgensen, Markus Betinelli, Dyordye Petroviç, Kepa Arrizabalaqa, Mayk Penders, Qabriel Slonina, Lyuk Kempbell, Ted Körd və Teddi Şarman-Lou kimi adlar var.
Aut.az
