KDÇ-2025: Pley-offa ilk vəsiqənin sahibi müəyyənləşdi
ABŞ-də keçirilən klublararası dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.
Aut.az xəbər verir ki, bu, C qrupunun “Bayern” – “Boka Xuniors” oyunundan sonra məlum olub. 2:1 hesabı ilə qalib gələn Almaniya təmsilçisi xallarının sayını 6-ya çatdıraraq ən azı qrup ikinciliyini təmin edib.
“Benfika” 4 xalla ikinci pillədə qərarlaşıb. “Boka Xuniors” 1 xalla üçüncüdür. Keçirdiyi hər iki oyunda məğlub olan “Oklend Siti” isə sonuncudur. Bu komandanın turnirlə erkən vidalaşacağı rəsmiləşib.
Aut.az
