İngiltərə

Əfsanə “Liverpul”un bu addımından narahatdır: Risk edirlər

“Liverpul”un keçmiş oyunçusu Ceymi Karrager mersisaydlıların yanvar transfer pəncərəsində aktiv olmamaqla “risk etdiyinə” inanır.

“Liverpul”un transfer siyasəti bir anda sinirpozucu, riskli və cəsarətli ola bilər. Onlar xalis xərclər cədvəlinin aşağısında qalaraq Premyer Liqanın zirvəsində uğurla mübarizə aparmağa davam edirlər.

Yeni məşqçinin gəlişi ilə futbolçuların cəlb olunmaması məni narahat edir. “Liverpul” sol cinah müdafiəçisi və əlavə mərkəz yarımmüdafiəçisi ilə daha güclü olardı. Cari formada Slotun start heyəti Premyer Liqa və Çempionlar Liqasını qazanmağa qadirdir, lakin Vircil van Deyk və ya Məhəmməd Salah zədələnərsə, böyük problem olacaq.

Ancaq çempionluq yarışının nəticəsi nə olursa olsun, “Liverpul” artıq mövsümə damğa vurub”, – Karragerin sözlərini “The Telegraph” sitat gətirib.

46 yaşlı Arne Slot 2024-cü ilin yayında “Liverpul”u çalışdırır.  Arne Slotun rəhbərliyi altında “Liverpul” bu mövsüm dörd kubok uğrunda mübarizə aparır və hazırda İngiltərə Premyer Liqasında birinci yeri tutur. “Liverpul” Çempionlar Liqasının ümumi hesabında da birinci olub və birbaşa turnirin 1/8 finalına yüksəlib.

Aut.az