İngiltərə

Alvares sükutu pozdu: “Siti”dən gedir?

“Mançester Siti”nin hücumçusu Yulian Alvares mövsümlərarası fasilədə komandasını dəyişə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Aut.az xəbər verir ki, hazırda Argentina millisinin düşərgəsində Kopa Amerikaya hazırlaşan futbolçu bu sözləri deyib:

“Mən sakitəm, özümü “Mançester Siti”də əla və xoşbəxt hiss edirəm… Gələcəkdə nə olacağını görəcəyik”.

Qeyd edək ki, Alvares ilə “Atletiko”, “Çelsi” və PSJ-nin maraqlandığı bildirilir. “Transfermarkt” onun dəyərini 90 milyon avro olaraq qiymətləndirir. Yulian 2023/24 mövsümündə İngiltərə Premyer Liqasında 36 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az