İngiltərəİspaniya

Cerrard keçmiş komanda yoldaşını Yamal və Mbappedən üstün tutdu

“Liverpul” və İngiltərə millisinin sabiq futbolçusu Stiven Cerrard 2001-ci ildə 22 yaşında “Qızıl top” mükafatına layiq görülən sabiq hücumçu Maykl Ouen haqqında danışıb.

Aut.az xəbər verir ki, o, AS nəşrinə açıqlamasında bu sözləri deyib:

“Mən onunla bir komandada oynamışam. O, yeniyetmə yaşlarında inanılmaz idi. Deyərdim ki, bu baxımdan Maykl Ouen ən yaxşı idi. Amma Lamin Yamal və Mbappeyə gəlincə, deyərdim ki, onlar da iki inanılmaz futbolçudur. Bu ikisi “Qızıl top” uğrunda mübarizə aparır, amma Mayklın artıq biri var. Düşünürəm ki, onun dünyanın ən yaxşı futbolçusu seçilməsini hörmətlə qarşılamaq lazımdır”.

Karyerası ərzində Ouen Madrid “Real”ı, “Mançester Yunayted”, “Nyukasl Yunayted” və “Stok Siti” klublarında da çıxış edib.