Boks

Ceyk Polun növbəti rəqibi müəyyənləşdi: Bu tarixdə…

Blogger-boksçu Ceyk Pol və Qervonta Devis yoldaşlıq döyüşü keçirəcəklər.

Aut.az xəbər verir ki, görüş 16 noyabrda Atlanta şəhərindəki State Farm Arenada baş tutacaq.

28 yaşlı bloger Ceyk Pol indiyədək peşəkar boksda 13 döyüş keçirib, 12 qələbə qazanıb və 1 dəfə uduzub. O, yarım-ağır çəki dərəcəsində çıxış edir.

30 yaşlı Qervonta Devis isə hazırda yüngül çəkidə WBA Super versiyası üzrə dünya çempionudur. Onun hesabında 31 döyüş var – 30 qələbə və 1 heç-heçə.

Aut.az