İspaniya

38 yaşlı Modriç qərarını verdi

“Real”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil.

Aut.az xəbər verir ki, bu barədə “El Larguero” məlumat yayıb.

Modriç 2012-ci ilin avqustundan “Real Madrid”də çıxış edir. Nüfuzlu “Transfermarkt” internet portalı Lukanın hazırkı transfer dəyərini 10 milyon avro qiymətləndirir. Xatırladaq ki, Modriç “Qızıl top”un sahibidir. Xorvat bu mükafatı 2018-ci ildə alıb.

Bu mövsüm 38 yaşlı yarımmüdafiəçi İspaniya çempionatında 16 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az