Boks

Əli Usiki ilk raundda məğlub edərdi – Əfsanə səbəbini izah etdi

Ağır çəkidə dünya çempionu (WBC, 1978-1983; IBF, 1984-1985) Larri Holms bildirib ki, ukraynalı boksçu Aleksandr Usik əfsanəvi Məhəmməd Əlini məğlub edə bilməzdi.

Aut.az xəbər verir ki, 76 yaşlı amerikalı boksçunun sözlərinə görə, boksçuların üslubları çox fərqlidir və Usik döyüşün əvvəlində  məğlub olardı.

“Əli niyə Usikə qalib gələrdi? Bu iki boksçunun üslubu fərqlidir. Əli rinqə çıxdı və öyrəşdiyi şeyi etdi, ona görə də əmin deyiləm ki, Usik onunla bacara bilərdi. O, ilk raundda uduzacaqdı. Düşünmürəm ki, bugünkü boksçular 70-ci və 80-ci illərin oğlanları ilə eyni ürəyə malikdirlər.

15 raund davam gətirmək üçün qətiyyətimiz və iradəmiz var idi. Bugünkü boksçular heç vaxt 15 raund davam gətirməzdilər. Əminəm ki, hamısını məğlub edərdim. Həmişə hazır idim. Hər döyüş mənim üçün ən vacib döyüş kimi idi”, – “BoxingScene” Holmosdan sitat gətirib.

Aut.az