İngiltərə

Premyer Liqada “sarı” rekordu

Sentyabrın 15-də Premyer Liqanın 4-cü turunun matçında “Arsenal” səfərdə “Tottenhem”ə 1:0 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, oyunda 8 sarı vərəqə göstərilib və “Arsenal”ın yarımmüdafiəçisi Jorinoya təqdim olunan snuncu sarı vərəqə Premyer Liqanın 4-cü turunda 60-cı olub.

“Squawka” xəbər verir ki, bir turda 60 sarı vərəqə İngiltərə Premyer Liqası tarixində rekord göstəricidir. Eyni zamanda, bu qarşılaşmadan sonra keçirlən “Vulverhempton” – “Nyukasl” oyununda 5 sarı vərəqə göstərilib.

Aut.az