Dünya cempionatıİngiltərə

PSJ “Mançester Yunayted”ə təklif göndərdi

PSJ hücumçu Ceydon Sançonun transferi üçün “Mançester Yunayted”ə təklif göndərib.

Aut.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, futbolçu Paris klubuna keçməyə razılaşıb, təklif olunan layihə onun xoşuna gəlib.

Sanço ötən mövsümün ikinci yarısını icarə əsasında Dortmund “Borussiya”sında keçirib. İngiltərəli 21 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qedy edək ki, 24 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.

Aut.az