Əfsanə Parisdə bayraqdar olacaq
“Los Anceles Leykers”in lideri LeBron James Yay Olimpiya Oyunlarının açılış mərasimində ABŞ komandasının bayraqdarı olacaq.
Aut.az xəbər verir ki, bu barədə ABŞ-ın Olimpiya komandasının mətbuat xidməti məlumat yayıb.
Ceyms ABŞ-ın digər Olimpiya idmançılarının səsverməsi ilə seçilib. LeBron ikiqat Olimpiya çempionudur və eyni zamanda olimpiya bürünc medalının sahibidir.
Qeyd edək ki, Parisdə keçiriləcək Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək baş tutacaq.
Aut.az
