Əfsanələr tarixə düşdülər: Bunu bacaran ilk aktiv oyunçular oldular
ABŞ-nin Massaçusets ştatının Sprinqfild şəhərində Neysmit adına Şöhrət Zalına yeni əfsanələrin qəbul mərasimi keçirilib.
Aut.az xəbər verir ki, yeni üzvlər sırasında Karmelo Entoni, Dvayt Hovard, Syu Berd, Maya Mur, Silviya Fauls, hakim Den Krouford, məşqçi Billi Donovan, “Mayami Hit”in sahibi Mikki Arison, həmçinin 2008-ci ilin kişi basketbol üzrə ABŞ Olimpiya yığması yer alıb. Heyətdə Lebron Ceyms, Kris Pol, Karlos Buzer, Ceyson Kidd, Deron Uilyams, Maykl Redd, Duen Ueyd, Kobe Brayant, Dvayt Hovard, Kris Boş, Teyşon Prins və Karmelo Entoni də yer alıb.
Qeyd edək ki, Lebron Ceyms və Kris Pol Şöhrət Zalına qəbul edilən ilk aktiv oyunçular olubar.
