Basketbol

Lebron Ceymsdən daha bir unikal nailiyyət

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) pley-off mərhələsinin ikinci raundunun dördüncü oyununda “Los Anceles Leykers” ilə “Oklahoma Siti Tander” üz-üzə gəlib.

Aut.az xəbər verir ki, görüş “Tander”in 115:110 hesablı qələbəsi ilə başa çatıb.

Məğlubiyyətə rəğmən bu oyun meydan sahiblərinin hücumçusu LeBron Ceyms üçün karyerasında 2000-ci matç olub.

O, peşəkar karyerasına 2003-cü ildə “Klevelend Kavalyers”in heyətində başlayıb və bu klubda 1001 oyun keçirib. O, “Los Anceles Leykers” forması ilə 546, “Mayami Hit”lə 381 matçda iştirak edib. Bundan əlavə, ABŞ millisi ilə 49 oyuna çıxıb və 23 dəfə Ulduzlar Matçında yer alıb.

LeBron hazırda liqadakı 23-cü mövsümünü keçirir. O, NBA tarixində həm ən çox xal toplayan basketbolçu, həm də ən çox mövsüm keçirən oyunçu rekordunun sahibidir. 2020-ci ildə Ceyms”Leyker”sin heyətində NBA çempionu olub.

Cari mövsümün sonunda LeBronun klubu ilə müqaviləsinin müddəti başa çatacaq və o, azad agent statusu alacaq.