“Sabah” son oyunda qələbə qazandı
Sentyabrın 6-dan Serbiyada təlim-məşq toplanışında olan “Sabah” basketbol klubu hazırlıq çərçivəsində son yoxlama oyununa çıxıb.
Aut.az xəbər verir ki, “futuristlər” sınaqçı rəqib qismində “Zlatibor” klubu ilə razılığa gəlsə də, hazırlıq planında dəyişiklik baş verdiyindən Serbiyanın digər klubu “Klik”lə qarşılaşıb.
Oyun “Sabah”ın 91:62 hesablı qələbəsi ilə başa çatıb.
“Sabah” ilk iki yoxlama oyununda Serbiya klubları “Vrsac” (57:62) və “Radniçki”yə (81:82) məğlub olub, daha sonra “OKK Belqrad” (97:84) və “Srvena Zvezda 2”yə (81:78) qalib gəlib.
