“Siti” onun transferini tamamladı
“Mançester Siti” heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Şəhərlilər” “Vulverhempton”dan Mateus Nunesin transferi üçün razılığa gəliblər. Transfer yaxın vaxtlarda rəsmən açıqlanacaq.
Qeyd edək ki, 27 yaşlı Nunes 2022-ci ilin avqustunda “Sportinq”dən 45 milyon avroya “Vulverhempton”a keçib. Braziliyalı yarımmüdafiəçi 2022/2023 mövsümündə bütün yarışlarda 37 oyunda 1 qol vurub və 1 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
