Tayson bu biznesə keçir: “Qaraçı kralı” cıdıra çıxır
Britaniyalı boksçu Tayson Fyuri atçılıq karyerasına başlamağa hazırlaşır.
Aut.az xəbər verir ki, “The Sun”un məlumatına görə, Fyurinin yarış atı “Böyük qaraçı kralı” bu həftə debüt yarışına çıxacaq.
Atın məşqçisi tanınmış mütəxəssis Darryl Hollanddır.
“Qaraçı kralı” çox böyükdür – sahibi kimi. Yarış idmanı çox şanslıdır ki, belə bir dünya şöhrətli ona qoşulmaq istəyir”, – Holland bildirib.
Maraqlıdır ki, yarış atları dünyasında “Qater Racing” şirkətinə məxsus Tayson Fyuri adlı məşhur at var.
Aut.az
