Sabiq dünya çempionu onun fatihəsini verdi: İşi bitib
Super orta çəkidə sabiq dünya çempionu Karl Froç hesab edir ki, Deontey Uaylder Tayson Fyuriyə məğlubiyyətdən və Cozef Parkerlə son uğursuzluqdan sonra artıq əvvəlki səviyyəsinə qayıtmayacaq.
“Düşünürəm ki, Fyuriyə məğlubiyyət Uaylderdən çox şey götürdü. O, yıxıldı, nokautlar oldu. Bütün bunlar sadəcə baş verə bilməz. Hər məğlubiyyətdən sonra rinqdə özündən bir parça qoyursan. Üzr istəyirəm, amma deyəsən Uaylderin işi bitib. Həm fiziki, həm də psixoloji baxımdan”, – Froç bildirib.
Aut.az
