Boks

Atası oğlunu öydü: Onların hər ikisini bir gecədə döyər

Ağır çəkidə WBC kəmərinin sahibi Tayson Fyurinin (33-0-1, 24 KO) atası Con Fyuri oğlunun WBA, WBO, IBO və IBF çempionu Aleksandr Usikin (21-0, 14 KO) öhdəsindən asanlıqla gələcəyinə əmindir.

Aut.az xəbər verir ki, o, bu barədə “Sr LowKickMMA” YouTube kanalına müsahibəsində deyib.

“Usiklə döyüş Səudiyyə Ərəbistanında baş tutacaq. O, Tayson üçün heç bir təhlükə yaratmır, amma səudiyyəlilər bu döyüşü istədilər və bunun əvəzini ödədilər, buna görə də belə olacaq.

Bu bir işdir və səudiyyəlilər bunu yaxşı edir. Artıq dediyim kimi, Usik Taysona heç bir təhlükə yaratmır. Amma Tayson gedib öz işini görəcək. Bu onun üçün yaxşı işdir. O, yəqin ki, eyni gecədə Nqannou və Usiki məğlub edə bilər. Onun döyüşlərinə baxın, Taysona stavka etməyən hər kəs çox məyus olacaq”, – ata Fyuri  bildirib.

Oktyabrın 28-də Səudiyyə Ərəbistanında Tayson Fyuri keçmiş UFC çempionu Frensis Nqannu (17-3) ilə 10 raundluq döyüş keçirəcək. Döyüş üç hakimin iştirakı ilə peşəkar boks qaydalarına uyğun keçiriləcək.

Fyuri-Usik döyüşü 29 aprel 2023-cü ildə baş tutmalı idi, lakin tərəflər razılığa gələ bilməyib. Yeni potensial tarix 23 dekabr 2023-cü ildir, lakin 2024-cü ilin yanvarı da ola bilər.

Aut.az