Usikin çəkisini səhv ölçüblər?
WBC çempionu Tayson Fyuri ilə WBA, IBF və WBO versiyaları üzrə çempion Aleksandr Usik arasında keçiriləcək döyüşdən əvvəl təşkil edilən rəsmi çəki ölçmə mərasimində xoşagəlməz hadisə yaşanıb.
Aut.az xəbər verir ki, ukraynalı boksçunun çəkisi səhv müəyyən edilib. Bu barədə jurnalist Maykl Benson məlumat yayıb.
Onun sözlərinə görə, Usikin real çəkisi 105,6 kq deyil, 101,1 kq olub.
Fyuri (34-0) və Usık (21-0) fevralın 17-də rinqdə görüşməli idilər. Lakin britaniyalının sparrinq zamanı sağ gözünün üstündən zədə aldığı üçün döyüş mayın 18-nə təxirə salınıb. Hər iki boksçu yeni tarixə razılaşıblar. Döyüşün yeri isə dəyişməz qalıb – Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Kingdom Arena”.
