Alkoqolizm və ruhi xəstəlikdən əziyyət çəkdiyini etiraf etdi
Amerikalı məşhur boksçu Rayan Qarsiya cəmiyyətlə şəxsi həyatında qarşılaşdığı ciddi çətinlikləri bölüşüb.
Aut.az xəbər verir ki, O, sosial şəbəkələrdə yaydığı açıqlamada bir il boyunca alkoqolizmdən və bipolyar depressiv pozuntudan əziyyət çəkdiyini bildirib:
“İnsanlar unutmamalıdır ki, boks zəiflər üçün deyil. Mən bir il alkoqol asılılığından əziyyət çəkən və bipolyar depressiv pozuntusu olan bir insan olmuşam. Mən mümkün qınaqlardan qorxmuram, ancaq qayıtmağa və hər şeyin mümkün olduğunu göstərməyə hazıram. Tanrı mənimlədir”.
Xatırladaq ki, Rayan Qarsiya 2024-cü ilin mayında bir illik fasilədən sonra rinqə qayıtmış və Rolando Romero ilə döyüşdə hakimlərin yekdil qərarı ilə uduzmuşdu.
Aut.az
