Tayson Coşua ilə döyüş haqda: Cəhənnəm olsun, Usik elə yerimdən yapışıb ki…
Britaniyalı boksçu Tayson Fyuri Entoni Coşua ilə döyüşmək fikrində olmadığını bildirib.
Coşua daha əvvəl Daniel Dyubuaya nokautla məğlub olmuşdu. Dekabrın 21-nə təyin edilmiş Fyuri və Aleksandr Usyk arasında keçiriləcək revanş matçının qalibi ilə Dyubuanın qarşılaşacağı gözlənilir.
“Coşua ilə döyüş? Cəhənnəm olsun. Məni məğlub edən Usik var! Məni sındırıb, o, mənim məsumluğumu öz evinə apardı! Məni narahat edən də budur.
Ona görə də Coşua ilə maraqlanmıram! Onun indi nə etdiyi məni maraqlandırmır. Hal-hazırda Usik elə yerimdən yapışıb ki…”, Fyuri IFL TV-yə müsahibəsində deyib.
Aut.az
