Cinsiyyət testindən keçə bilməyən qadın boksçulara Parisdə yarışmağa icazə verildi
Cinsiyyət testindən keçə bilməyən əlcəzairli İman Xəlif və tayvanlı Lin Yutinqə Parisdə keçirilən Olimpiya Oyunlarında qadın boks yarışlarında iştiraka icazə verilib.
Aut.az “The Guardian”a istinadən xəbər verir ki, 2023-cü ildə Hindistanda keçirilən Dünya Çempionatında hər iki qız cinsiyyət təyini testindən keçə bilməyib (genetik testlərin nəticələrinə əsasən onlarda XY xromosomlarının olduğu sübut edilib) və diskvalifikasiya ediliblər. Nəticədə Lin 57 kq çəki dərəcəsində bürünc medaldan məhrum edilib.
“Onların qadın olduğu müəyyənləşib. Olimpiya Oyunlarının bütün iştirakçıları seçim qaydalarına əməl edir və onlara hörmət edirlər”, – BOK-un kommunikasiyalar üzrə direktoru Mark Adams deyib.
28 yaşlı Lin ikiqat dünya çempionu (2018, 2022), 25 yaşlı Xəlif 2022-ci il dünya çempionatının gümüş mükafatçısıdır.
Aut.az
