Boks

Promouter Coşuanı hədələdi: Bu, onun karyerasının sonu ola bilər

Boksçu Daniel Dyubuanın promouteri Frenk Uorren hesab edir ki, müştərisinin Entoni Coşua üzərində qələbəsi məşhur britaniyalı ağır çəkili idmançının karyerasını bitirə bilər.

“Əgər Coşua döyüşü uduzsa, bu məğlubiyyətdən qayıtmaq inanılmaz dərəcədə çətin olacaq. Onun hətta davam etmək istəyəcəyi də bəlli deyil və bu, son olacaq.

Düşünürəm ki, indi bütün təzyiqlər Coşua üzərindədir. O, bukmekerlər arasında, azarkeşlər arasında sevimlidir və şübhəsiz ki, daha məşhur boksçudur. Bütün təzyiqlər onun üzərindədir. Boksda gənclərin vaxtıdır və Dyubua qalib gəlmək üçün mükəmməl yaşdadır”, – Uorren bildirib.

IBF titul uğrunda mübarizə sentyabrın 21-də baş tutacaq.

Aut.az