Boks

Əfsanənin oğlundan uğurlu debüt

Əfsanəvi çempion Menni Pakyaonun oğlu Emmanuel Pakyao (1-0-1, 1 KO) peşəkar karyerasında ilk qələbəsini qazanıb.

Aut.az xəbər verir ki, boks gecəsi ABŞ-ın Temekula şəhərində yerləşən “Pechanga Resort & Casino”da baş tutub. Emmanuel ikinci raundda Derrik Qeytsi (0-2) iki dəfə nokdauna göndərib. Sonuncu epizoddan sonra referi döyüşü dayandıraraq texniki nokautla qələbəni qeydə alıb.

Daha əvvəl bildirilmişdi ki, boks əfsanələri Menni Pakyao (62-8-3, 39 KO) və Floyd Meyvezer (50-0, 27 KO) revanş döyüşü keçirə bilər.

Aut.az