İspaniya

“Real”a bəd xəbər: Bellinqem 3 ay olmayacaq?

“Real” yarımmüdafiəçisi Cud Bellinqemi üç ay müddətinə itirə bilər.

Aut.az “Cadena SER”-ə istinadən xəbər verir ki, futbolçu La Liqa matçlarında birində çiynindən ağır zədə alıb və vəziyyətdən narahatdır. Oyunçu əməliyyat tələb edə bilər. Bu zaman bərpa prosesi 3 aya qədər çəkəcək. Belə olan halda Bellinqem yeni mövsümünün startını buraxa bilər.

Hazırda o, İngiltərə millisinin düşərgəsindəir və Avro-2024-ə hazırlaşır. Cud konservativ müalicə alır.

Qeyd edək ki, ötən mövsüm 20 yaşlı futbolçu “Real”ın heyətində bütün turnirlərdə 42 oyun keçirib, 23 qol vurub, 13 məhsuldar ötürmə edib.

Aut.az