Xəzinə dolub: FİFA DÇ-dən bu qədər gəlir əldə edib
FİFA prezidenti Canni İnfantino bildirib ki, qadınlar arasında dünya çempionatı dünya idmanı tarixində ən gəlirli turnirlərdən biri olub.
“Qadınların dünya çempionatı 570 milyon dollardan çox gəlir gətirdi. Biz heç bir pul itirmədik. Bu, bütün idman növlərində ikinci ən böyük gəlir deməkdir. Əlbəttə ki, kişilər arasında dünya çempionatını nəzərə almasaq”, – “Reuters” İnfantinodan sitat gətirib.
Avstraliyada qadınlar arasında dünya çempionatının televiziya tamaşaçı sayına görə rekordlar qırdığı bildirilir. İnfantino daha əvvəl 2023-cü ildə keçirilən mundialın qadın futbolu tarixində ən yaxşı turnir olduğunu bildirib.
Xatırladaq ki, DÇ-2023-ün finalında İngiltərə və İspaniya yığmaları mübarizə aparacaq. Qarşılaşma avqustun 20-nə planlaşdırılıb və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Aut.az
