Dünya cempionatıDünya futbolu

Belçikanın məğlubiyyətini günahkarı odur – İbrahimoviçdən ittiham

İsveç millisinin bütün zamanların ən çox qol vuran oyunçusu Zlatan İbrahimoviç Belçika millisinin baş məşqçisi Rudi Qarsiyanın DÇ-2026-nın 1/4 finalında İspaniyaya qarşı oyunda ciddi səhvə yol verdiyini bildirib.

Aut.az xəbər verir ki, İbra Tibo Kurtuanın əvəzlənməsinin səhv qərar olduğunu bildirib.

“Bu məğlubiyyətə görə baş məşqçi məsuliyyət daşıyır. Bu qərar Belçikaya məğlubiyyət gətirdi”, – İbrahimoviç deyib.

71-ci dəqiqədə, hesab 1-1 olarkən, “Mançester Yunayted”in qapıçısı Senne Lammens zədəli Tibo Kurtuanın yerinə meydana  daxil oldu . 88-ci dəqiqədə o, Pau Kubarsinin uzaq məsafədən vurduğu zərbəni dəf edə bilmədi və Mikel Merino topu qapıya göndərərək İspaniyanın qələbə qolunu vurdu (2-1).

Aut.az