Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Manniku şəhərində keçirilən “Lapua” Avropa Kubokunda növbəti uğura imza atıb.
Aut.az xəbər verir ki, atıcı 25 metr mərkəzi atəş açma növü üzrə keçirilən yarışda yüksək nəticə göstərərək qızıl medal qazanıb.
Ruslan Lunev təsnifat mərhələsində 583 xal toplayaraq bütün rəqiblərini geridə qoyub, birinci yeri tutub və Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində dalğalandırıb.
