İspaniya

Ançelottinin futbolçulara verdiyi mesaj açıqlandı

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 2024/2025 mövsümünün 1/4 final mərhələsinin “Arsenal”a qarşı ilk oyununda məğlubiyyətdən (0:3) sonra “Kral klubu”nun futbolçularına İspaniya çempionatındakı oyunların əhəmiyyətini çatdırmağa çalışıb.

Aut.az xəbər verir ki, bBu barədə jurnalist və “Marca”nın baş redaktoru Xose Feliks Diaz məlumat verib.

Mənbənin sözlərinə görə, Ançelottinin son iki gündəki məşqdəki işi komandaya La Liqanın 31-ci turunda “Alaves”lə görüşün Çempionlar Liqasında “topçular”a qarşı mümkün geri dönüşün başlanğıc nöqtəsi olduğunu çatdırmağa yönəlib.

Xatırladaq ki, “Arsenal”la cavab oyunu aprelin 16-da baş tutacaq. İspaniya çempionatının turnir cədvəlində “Real” 63 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Barselona”dan 7 xal geri qalır. “Alaves”lə oyun bu gün, aprelin 13-də keçiriləcək.

Aut.az