İspaniya

Əməliyyat olunan Bellinqemdən xəbər var

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem çiynindən əməliyyat olunduqdan bir ay sonra klubun bazasında məşqlərə qayıdıb.

Aut.az xəbər verir ki, lakin hazırda ingilis futbolçu ümumi qrupdan ayrı şəkildə çalışır. Bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, İspaniya nəhəngi Bellinqemin meydançaya qayıtmasını tələsmədən həyata keçirmək istəyir. Ən uğurlu ssenaridə onun oktyabrın sonunda oyunlara çıxacağı gözlənilir. Lakin sağalma prosesinin noyabra qədər uzanma ehtimalı da var.

Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 58 oyuna çıxaraq 15 qol vurub və 15 məhsuldar ötürmə edib.

Aut.az