İspaniya

Mbappenin təqdimat mərasimi üçün görün nə qədər bilet satılıb

Hücumçu Kilian Mbappenin “Real”ın oyunçusu kimi azarkeşlərin önünə çıxması üçün hər şey hazırdır.

Aut.az xəbər verir ki, fransalı futbolçunun təqdimat mərasiminin bütün biletləri bir neçə gün ərzində satılıb. Bu barədə AS nəşri məlumat yayıb.

Beləliklə, Mbappeni “Santyaqo Bernabeu” stadionunda 80 mindən çox tamaşaçı qarşılayacaq. Tədbirdə ən azı yüz akkreditə olunmuş jurnalistin də iştirakı gözlənilir.

Qeyd edək ki, Mbappenin təqdimat mərasimi iyulun 16-da, Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq.

Aut.az