Azərbaycan futbolu

“Neftçi”dən “Zaqatala” ya

Transfer çalışmalarını davam etdirən “Zaqatala” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, bölgə təmsilçisi 21 yaşlı mərkəz yarımmüdafiəçisi Akşin Abuzərovu transfer edib. Onunla 2024/2025 mövsümün sonunadək müqavilə imzalanıb.

Son mövsümü Neftçi-2 komandasında keçirən Abuzərov Əvəzedicilər Liqasında çempionluq yaşayıb və 6 qol 10 məhsuldar ötürmə ilə yadda qalıb.