İspaniya

“Real”ın prezidenti yenə də o seçildi

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib.

Aut.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

77 yaşlı Peres 2029-cu ilə qədər “kral klubu”na rəhbərlik edəcək. O, bu vəzifəyə iddialı olan yeganə namizəd idi.

Florentino Peres 2009-cu ildən “Real Madrid”in prezidentidir. Onun rəhbərliyi altında “Real” 33 kubok qazanıb.

Aut.az