İspaniya

Yamalın son durumu açıqlandı: Sabah oynaya biləcək?

“Barselona”nın hücumçusu Lamin Yamal zədəsini sağaldıb.

Aut.az xəbər verir ki, o, La Liqanın 15-ci turunun “Las Palmas”la oyununda meydana çıxacaq. Bu barədə Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik məlumat verib.

17 yaşlı cinah yarımmüdafiəçisi sağ topuğunun əzilməsi səbəbindən noyabrın 6-dan bəri meydana çıxmayıb.

“Lamin Yamal qayıtdı. Sabah oynayacaq, plan belədir. Ona start heyətində şans verib-verməyəcəyinə hələ qərar verməmişəm, amma oynayacaq”, – almaniyalı mütəxəssis mətbuat konfransında deyib.

Qeyd edək ki, “Barselona” – “Las Palmas” matçı noyabrın 30-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Aut.az