Liqa 1-in yeni çempionluq kuboku təqdim edildi – FOTO
Fransa Liqa 1-in qalibinə yeni çempionluq kuboku təqdim ediləcək.
Aut.az xəbər verir ki, bu barədə turnirin sosial şəbəkə hesablarında məlumat verilib. Lakin kubok haqqında geniş məlumat verilməyib.
Qeyd edək ki, Fransanın hazırkı çempionu PSJ-dir. Hazırda isə Fransa çempionatının lideri “Monako”dur.
Aut.az

