Qaydasız döyüş

Həmzətdən qalmaqallı paylaşım: İndi başa düşdünüz ki, bu meymunlara…

Rusiyalı UFC döyüşçüsü Həmzət Çimaev cənubi afrikalı Drikus dyu Plessisə çempionluq uğrunda mübarizədə məğlub olacağını deyən promosyon ulduzlarını ələ salıb.

Aut.az xəbər verir ki, bundan əvvəl nigeriyalı İsrael Adesanya, amerikalı Demetrious Conson, avstraliyalı Aleksandr Volkanovski və britaniyalı Maykl Bispinq Çimayevin Dyu Plessisə uduzacağını proqnozlaşdırmışdılar.

“İndi başa düşdünüz ki, bu meymunlara qulaq asmamalısınız?” Həmzət sosial şəbəkədə yazıb və gülüş emojiləri əlavə edib.

Avqustun ortalarında Həmzət Çimayev orta çəkidə UFC çempionluq kəməri uğrunda döyüşdə yedil qərarla Drikus dyu Plessisi məğlub edib.

Aut.az