Qaydasız döyüş

Pol gürcünü ələ saldı: Əsl qorxaqdır

Məşhur bloger və boksçu Ceyk Pol “UFC Freedom 250” turnirində amerikalı Castin Qeytcinin İlya Topuria üzərində qazandığı sensasiyalı qələbəyə reaksiya verib.

Aut.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

Amerikalı döyüşçü keçmiş çempionu beşinci raunda çıxmaqdan imtina etdiyi üçün tənqid edib. O, zarafatla gürcü idmançını qadın adı ilə çağıraraq onu qorxaq adlandırıb.

“İrəli, Amerika. Castin Qeytci əsl canavardır. Lilia həqiqi qorxaqdır, stulda oturaraq təslim oldu. Bu balaca oğlanla sparrinq belə etmək lazım deyil”, – deyə Pol yazıb.

Qeyd edək ki, döyüşdə Qeytci ciddi üstünlük qazanıb. Həkimlər Topuriyanın hətta dördüncü raundda da döyüşməsinə icazə vermək istəmirdilər, çünki onun hər iki gözü hematomalar səbəbindən demək olar ki, bağlanmışdı.

O, dördüncü raundu böyük iradə hesabına başa vurub, lakin beşinci raunda çıxmayıb. Onun qardaşı ağ dəsmal ataraq döyüşü dayandırıb.

Bu məğlubiyyət Topuriya üçün karyerasında ilk olub. O, döyüşə qədər ardıcıl 17 qələbə seriyasına sahib idi.

Aut.az