Qaydasız döyüş

Fiziyev onu təbrik etdi: Çempionla iki dəfə döyüşmək şərəfdir

UFC reytinqində 11-ci yerdə olan azərbaycanlı Rafael Fiziyev amerikalı Castin Qetceni ispan-gürcü İlya Topuriya ilə döyüşdə qazandığı qələbə münasibətilə  təbrik edib.

Onların döyüşü 15 iyun tarixində Vaşinqtonda, Ağ Evdə keçirilən “Freedom 250”də baş tutub və Qetcenin texniki nokautla qələbəsi ilə başa çatıb.

“Çempionla iki dəfə döyüşmək mənim üçün şərəfdir. 30 dəqiqəlik gərgin döyüş idi. Onun qələbəsindən çox məmnunam!”, – deyə Fiziyev sosial media səhifəsində yazıb.

Aut.az