Dünya futbolu

Ayrılıq nə vaxt reallaşacaq?

Argentina millisinin baş məşqçisi Lionel Skaloni hələ də millidən getməkdə qərarlıdır.

Aut.az xəbər verir ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Braziliya ilə oyundan (1:0) sonra 45 yaşlı mütəxəssis yorğunluq səbəbindən postunu tərk edə biləcəyini bildirib. Jurnalist Leo Paradisonun fikrincə, ayrılıq 2024-cü ildə ABŞ-da keçiriləcək Amerika Kubokundan sonra baş verə bilər.

Qeyd edək ki, Skaloni 2018-ci ildə Argentina millisini çalışdırır. Onun rəhbərliyi altında komanda Amerika Kubokunu və Dünya Kubokunu qazanıb.