Camal danışıqları dayandırdı – Bu səbəbdən
“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala gələcəkdə komandada əsas oyunçu rolunda olacağına əmin olmadığı üçün Münhen klubu ilə müqaviləni yeniləməyə tələsmir.
Aut.az xəbər verir ki, bu barədə “Sport Bild” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Bavariya” uzun müddətdir ki, Musiala ilə müqaviləni uzatmaq istəyirdi. Bununla əlaqədar apreldə futbolçunun nümayəndələri Həsən Salihamiciçlə görüşüblər, lakin sonradan danışıqlar prosesi dayandırılıb.
Vurğulanır ki, hazırda Musiala və ətrafı “Bavariya” layihəsinin necə inkişaf edəcəyini görmək və 20 yaşlı futbolçunun burada əsas rol alıb-almayacağını anlamaq istəyir.
Xatırladaq ki, bu mövsüm Musiala bütün turnirlərdə səkkiz oyunda iştirak edib və bir qol vurub, iki məhsuldar ötürmə edib.
Aut.az
