“Bavariya”nın yeni planı: Klopp gələnə qədər müvəqqəti məşqçi
“Bavariya”nı, Yurgen Klopp gələnə qədər bir il müddətinə müvəqqəti məşqçi çalışdıra bilər.
Klopp mövsümün sonunda “Liverpul” un baş məşqçisi postunu tərk edəcək. Onun bir il fasilə verəcəyi bildirilir.
Aut.az xəbər verir ki, “Bavariya”nın Tomas Tuxelin gedişindən sonra yayda komandaya rəhbərlik etmək üçün yeni məşqçi axtarışı iki əsas namizədin – Xabi Alonso və Yulian Naqelsmann siyahıdan çıxması ilə çətinləşib. Birincisi “Bayer”də qalmağa qərar verdi, ikincisi isə Almaniya millisi ilə müqaviləsini 2026-cı ilin yayına qədər uzadıb.
Bundan sonra Münhen klubunun idman direktoru Maks Eberl potensial namizədlərin siyahısını tərtib edib. Onların arasında Ralf Ranqnik (Avstriya millisi), Roberto De Zerbi (“Brayton”), Zinəddin Zidan (komandasız) və Unai Emeri (“Aston Villa”) olduğu bildirilir. Lakin bu məşqçilərin heç biri ideal namizəd hesab edilmir, üstəlik, onlardan 3-ü artıq “yox” cavabı verib.
Bununla əlaqədar olaraq, “Bavaraiya” Klopp təyin olunana qədər bir il müddətinə müvəqqəti məşqçi dəvət etmək imkanını müzakirə edir. “Kicker” xəbər verir ki, bu, Hans-Dieter Flick ola bilər.
Lakin Flikin müvəqqəti olaraq komandaya rəhbərlik etməyə razı olub-olmayacağı hələlik məlum deyil. Üstəlik, uzunmüddətli perspektivi olmayan belə təyinat komandanın güclənməsi prosesini çətinləşdirəcək.
Xatırladaq ki, Flik 2019/20 mövsümündə “Bavariya”ya çempionluq, Almaniya Kubokunu və Çempionlar Liqasını qazandıraraq, trebl edib.
Aut.az
