Çempionlar LiqasıAlmaniya

Futbolçuların həyat yoldaşları qəzəblidir: Onları Londona niyə apramyıblar?

“Bavariya”nın futbolçularının həyat yoldaşları və sevgililəri i aprelin 9-da Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la qarşılaşmaya aparılmadıqları üçün qəzəbləniblər.

Aut.az xəbər verir ki, buna səbəb UEFA-nın qadağası olub. UEFA pirotexniki vasitələrdən istifadə etdiyi üçün “Bavariya”nın azarkeşlərini cəzalandırıb.

Lakin azarkeş qadağasına baxmayaraq, oyundan əvvəl Londona dəbdəbəli səfərdən həzz almağa ümid edən futbolçuların həyat yoldaşları və rəfiqələri arasında nikbinlik var idi.

UEFA-nın tətbiq etdiyi cəza “Bavariya”nın oyunçularına verilən biletlərin sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub və onların həyat yoldaşları və sevgililəri səfərə gedə bilməyiblər.

“Bild”in məlumatına görə, UEFA-nın ayırdığı biletlər klub rəhbərlərinə və dəstək heyətinin üzvlərinə verilib.

Aut.az