“Bavariya” 60 milyonluq qapıçını gözaltı edib
“Bavariya” “Brayton”un qapıçısı Bart Verbruggeni heyətinə qatmağa hazırlaşır.
Aut.az xəbər veririk, “The Telegraph”ın məlumatına görə, Münhen klubu bu yay təklif göndərməyə hazırlaşır. Qeyd olunur ki, alman klubu futbolçunun Premyer Liqada ciddi irəliləyişini izləyir.
Verbruggen iki il əvvəl “Anderlext”dən 16,3 milyon funt-sterlinqə İngiltərəyə köçüb. Niderlandlı hazırda 60 milyon funt-sterlinq dəyərində qiymətləndirilir.
“Bavariya”nın əsas qapıçısı Manuel Noyer hazırda sağ ayağındakı əzələ yırtığı səbəbindən oynaya bilmir. Bununla bağlı klub onu uzun müddətdə əvəz edə biləcək namizədləri dəyərləndirir. Verbruggenin siyahının ilk pilləsindədir. Amma almanların onu imzalamaq uğrunda mübarizədə rəqiblərini üstələyə biləcəkləri şübhə doğurur.
Bart bu mövsüm Premyer Liqada 27 oyun keçirib və 6 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Aut.az
