Ronaldo qərar verdi: Klubunu dəyişir
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 39 yaşlı ulduzu Kriştiano Ronaldo gələcəyi ilə bağlı qərar verib.
Aut.az xəbər verir ki, İspaniyanın nüfuzlu “Marca” portalı portuqaliyalının “Əl-Nəsr”lə müqaviləsini yeniləməyəcəyi və 2025-ci ilin yayında azad agentə çevriləcəyi barədə məlumatı təsdiqləyib.
Ronaldonun prioritet seçimi Səudiyyə Ərəbistanında qalmaq və titullar uğrunda mübarizə aparan kluba keçməkdir. Portuqaliyalı yəqin ki, çempionatın ən titullu klublarından birinə – “Əl-İttihad”a və ya “Əl-Hilal”a keçəcək. Bununla belə, portuqaliyalı başqa çempionata keçəcəyini də istisna etmir.
Bu mövsüm Ronaldo 19 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
