Dünya futbolu

Timsah futbolçunu məşq zamanı parçaladı

Mozambikdə gənc futbolçu məşq zamanı timsahın hücumuna məruz qalıb.

Aut.az “ Daily Sun”a istinadən xəbər verir ki, ikinci divizion klubu “Atletiko Mineiro de Tete”nin 19 yaşlı futbolçusu Estevao Alberto Cino qərbdəki Tete əyalətindəki Zambezi çayının sahilində məşq edərkən faciə baş verib.

Futbol komandasının baş məşqçisi Eduardo Karvalyonun dediyi kimi, 19 iyunda axşam məşqində Cino qaçışını bitirdikdən sonra çaya yaxınlaşıb və bu anda timsahın hücumuna məruz qaldı.

Şahidlər iddia edirlər ki, sürünən  nəhəng ölçüdə olub, uzunluğu təxminən beş metrə çatıb.

Təəssüf ki, yoldaşları gəncə kömək etməyə vaxt tapmayıblar.  Zambezi çayı bölgəsində timsah hücumları olduqca yaygın bir hadisədir. Yerli polis sözçüsü Leonel Mucina hadisəni təsdiqləyərək idmançının cəsədinin hələ də tapılmadığını qeyd edib.

Aut.az