Dünya futbolu

Ronaldonu Səudiyyədə nə heyrətləndirib?

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının səviyyəsi ilə bağlı fikirlərini bildirib.

“Düşünürəm ki, siz Səudiyyə Ərəbistanı Pro Liqasına başqa cür baxmalısınız. Səviyyə baxımından bu liqanın Premyer Liqaya bənzədiyini söyləmək fikrində deyiləm. Təbii ki, bu, yalan olardı. Amma çox rəqabətli liqadır. Orada yaxşı komandaların sayı və çempionatın necə balanslaşdırılmış olması məni yaxşı mənada heyrətləndirdi.

Əminəm ki, yaxın illərdə bu liqa dünyanın dördüncü, beşinci və ya altıncı ən rəqabətli liqası olacaq”, – deyə Ronaldodan “Reuters” sitat gətirib.

Aut.az