Qurban Qurbanov mükafatlandırıldı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırılıb.
Aut.az xəbər verir ki, “Komanda.az” saytının media nümayənləri arasında apardığı sorğuya əsasən 2024-cü ilin in ən yaxşı baş məşqçisi seçilən təcrübəli mütəxəssisə mükafat təqdim edilib. O, 47 səs toplayaraq, bütün həmkarlarını qabaqlayıb.
14-cü dəfə ilin ən yaxşı baş məşqçisi seçilən Qurban Qurbanov daha sonra təəssüratlarını bölüşüb:
“Bu mükafata, verilən dəyərə görə hər kəsə təşəkkür edirəm. Bu mükafat bizim işimizə olan məsuliyyətimizi artırır. Bəzən çətinliklər, problemlər və bəzi nüanslar olur. Məğlubiyyətlər, gözlənilməz əngəllər olur. Bəzən bunlar işimizə, nəticələrimizə təsir edir. Elə olanda düşünməyin ki, biz uğurlardan, futboldan doymuşuq, bezmişik və s. Əksinə hər kəs bizə, “Qarabağ”a ciddi yanaşmağa başlayıb. Biz bunu təkcə oyunlarımızda deyil, səfərlərimizdə, matçlardan əvvəlki tədbirlərdə hiss edirik. Artıq hər kəs bizə başqa formada yanaşır. Biz də çalışırıq ki, problemlərin öhdəsindən gələk, üzərimizdə çalışaq, inkişaf edək. Buna görə analizlər edirik, dayanmadan çalışırıq, iş saatlarımızı artırırıq. İnkişaf etmək istəyirik. Biz xalqımız üçün, sizin üçün, hər kəs üçün qələbələr, uğurlar qazanmaq istəyirik. Buna görə də bu mükafat məsuliyyətimizi artırır. Yeni ildə yeni uğurlar qazanmağa təşviq edir”.
Aut.az
