Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirib.
Aut.az xəbər verir ki, D qrupunda qərarlaşmış millimiz 4-cü tur çərçivəsində Ukrayna yığmasının qonağı olub.
Polşanın “Krakoviya” stadionunda təşkil ediləcək qarşılaşma naminal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, bu komandaların Bakıdakı görüşündə qalib müəyyənləşməyib – 1:1. Bu üzdən də Sergey Rebrovun çalışdırdığı rəqib komanda “ev” oyununda qələbə qazanmağa çalışacaq. Amma Ayxan Abbasovlu millimiz də bu görüşdə ən azı uduzmamağı hədəfləyib.
Bu gün keçiriləcək D qrupunun digər oyununda İslandiya Fransanı qəbul edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
13 oktyabr
Ukrayna – Azərbaycan 2:1
Qollar: Aleksey Hutsuyak, 30.Ruslan Malinovski, 64 – Nəriman Axundzadə, 45+3.
Baş hakim: Sebastyan Qişamer (Avstriya).
“Krakoviya” stadionu. Saat 22:45.
Ukrayna: 12. Anatolo Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnıy, 22. Mikolo Matviyenko (k), 16. Vitali Mikolenko, 8. Ruslan Malinovski, 18. Yeqor Yarmolyuk, 15. Oleq Oçeretko, 9. Aleksey Hutsuyak, 19. Nazar Voloşin, 11. Artyom Dovbik.
Ehtiyat oyunçular: 1. Aleksandr Buşçan (q), 23. Dmitri Riznik (q), 3. Boqdan Mixayliçenko , 4. Aleksandr Svatok, 5. Valeri Bondar, 7. Vladislav Vanat, 10. Mikola Şaparenko ,14. Aleksandr Nazarenko, 17. Artyom Bondarenko, 20. Vladislav Veleten, 21. İvan Kalyujnı.
Baş məşqçi: Sergey Rebrov.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 15. Abdulah Xaybulayev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov (q), 23. Rza Cəfərov (q), 2. Faiq Hacıyev, 6. Miraf Xaçayev, 10. Mahir Emreli, 11. Rüfət Əhmədzadə, 16. Rəhman Daşdəmirov, 18. Cəlal Hüseynov, 20. Kamran Abdullazadə, 21. Qismət Əliyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.