Basketbol

Yeni turnir: NBA və Avroliqa klubları bir arada – “Fənərbağça” ilə danışacaqlar

NBA və Avroliqa klublarının iştirakının planlaşdırıldığı yeni basketbol turniri yaxın gələcəkdə reallığa çevrilə bilər.

Aut.az xəbər verir ki, İspaniyanın “Relevo” nəşrinin məlumatına görə, Milli Basketbol Assosiasiyasının nümayəndələri yeni birləşmiş layihəyə qoşulmaq üçün artıq Yunanıstanın “Panatinaikos” klubunun rəhbərliyi ilə danışıqlar aparıblar.

Oxşar danışıqlar “Fənərbağça” və “Real Madrid” rəhbərliyi ilə də planlaşdırılır. Məlumdur ki, NBA 2026/27 mövsümündə yeni turnirə start verməyi düşünür və oyunlar Avropada keçiriləcək.

Bu turnirdə iştirak edəcək komandaların formatı və tərkibi hələ açıqlanmayıb. Bu arada, FIBA-nın baş katibi Andreas Zaqklis Avroliqanın gələcəkdə yenidən təşkil olunacağını açıqlayıb. Yeni turnirdə NBA və Avroliqa komandaları arasında görüşlərin olacağı, yoxsa ümumi liqaya çevriləcəyi məlum deyil.

Aut.az